23 sentyabr 2019, 12:40

Novruz Əsədov və Rayihə Piriyevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sərəncamınızla Basqal qəsəbəsində tikilmiş məktəb binasının açılışı olmuşdur. Məktəbin yeni binasında şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda zəngin təbii sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilmişdir. Sizin təhsilin inkişafına göstərdiyiniz diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir.

Qədim və zəngin mədəniyyətə malik Basqal qəsəbəsində yaxşı maddi-texniki bazası olan yeni məktəb binasının açılması hər bir basqallının sevincinə səbəb olmuşdur. Bu məktəbdə bütün standartlar yüksək səviyyədədir.

Cənab Prezident, Basqal qəsəbəsinə, təhsil işçilərinə, sakinlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, belə gözəl firavan ölkədə əmin-amanlıqla yaşayırıq!

Ulu Tanrı Sizi və əzizlərinizi qorusun!

Basqal qəsəbə sakinləri adindan hörmətlə,

Əsədov Novruz Yunis oğlu,

Piriyeva Rayihə Yavər qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.