23 sentyabr 2019, 12:30

Hüseyn Həsənovdan, Zərdab, Azərbaycan

Çox hörmətli, Azərbaycan xalqının sevimli Prezidenti cənab İlham Heydər oğlu Əliyev!

Biz Ulu Öndər, dahi Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın dünya dövlətləri arasında artan nüfuzuna və inkişafına görə çox sevinir və Sizə minnətdarıq.

Sizin sərəncamlarınızla əməkhaqlarının, pensiyaların, o cümlədən müharibə veteranlarının, əmək, dövlət qulluğu təqaüdçülərinin pensiyalarının artırılması bizi hədsiz sevindirir. Bu misilsiz qayğınıza, diqqətinizə görə öz adımdan və ailəmizin adından, Zərdab rayon veteranları, ağsaqqalları, pensiyaçıları, təqaüdçüləri və əmək işçiləri adından Sizə dərin minnətdarlığımızı bildirir, zati-alilərinizə uzun ömür, cansağlığı və çox şərəfli işinizdə uğurlar arzulayıram.

Bir daha bildirirəm ki, Sizin bu sərəncamlarınız Zərdab rayonunun veteranları, ağsaqqalları, ağbirçəkləri, əmək işçiləri tərəfindən sonsuz minnətdarlıq duyğuları ilə qarşılanıb və hər bir Zərdab sakini bu qayğı və diqqətə görə şəxsən Sizə və ailənizə daim dualar edir, minnətdarlığını bildirir. Sağ olun, var olun ki, Siz ümummilli liderimiz Heydər Əliyevin müdrik və qətiyyətli siyasətini əməllərinizlə yaşadır, onun ideyalarını uğurla davam etdirirsiniz.

Ona da əminik ki, ərazi bütövlüymüzün sülh yolu ilə bərpası naminə göstərdiyiniz misilsiz səyləriniz də öz bəhrəsini verəcək. Çox tezliklə torpaqlarımız işğaldan azad olunacaq, uğurlarımız daha da artacaqdır.

Bir daha Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət və doğma Azərbaycanımızın daim inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

Həsənov Hüseyn,

Zərdab Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, “Şərəf nişanı” ordenli, Əmək və dövlət qulluğu veteranı.

Azərbaycan Respublikası, Zərdab rayonu