21 sentyabr 2019, 17:30

Ədnan Abdurəhmanov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, ölkəmizin inkişafına, insanların sosial rifahının yüksəlməsinə çox ciddi fikir verirsiniz. Bölgələrdə kəndarası yolların yenidən qurulması çox gözəl bir təşəbbüsdür. Son illər bizim Ağdaş rayonunun bir çox kəndində pis vəziyyətdə olan yollar yenidən qurulmuşdur. Hazırda isə bizim Şordəhnə kəndinə asfalt yol çəkilir. Sakinlərin gediş-gəlişi asanlaşır.

Bundan əlavə, dövlət proqramlarına uyğun olaraq kəndimizdə müasir tipli məktəb tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Kəndimiz təbii qazla təmin olunmuşdur.

Hörmətli cənab Prezident, görülən bütün bu işlərə görə Sizə kəndimizin ziyalıları və zəhmətkeşləri adından “çox sağ olun!” deyir, Azərbaycanın daha da çiçəklənməsi yolunda Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Abdurəhmanov Ədnan Şükrü oğlu,

Əhmədov Sahib Tapdıq oğlu,

Nəbiyev Rəsul Həşim oğlu,

Nazarov Şahin Tahir oğlu,

Qəhrəmanov Abdulla Şamil oğlu və başqaları (cəmi 27 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Şordəhnə kəndi.-0-