21 sentyabr 2019, 14:00

Qurbanzadə Məmmədovdan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikanın bütün bölgələri kimi, Yardımlı rayonu da gündən-günə abadlaşır, daha yaraşıqlı görkəm alır. Əhalini narahat edən sosial problemlər sürətlə həll edilir.

Yaşadığımız Bürzünbül kəndinin daxili küçələrinin Sizin göstərişinizlə abadlaşdırılması kəndimizin bütün sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bizə göstərdiyiniz qayğıya görə kəndimizin ağsaqqalları və ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Allah Sizi pis nəzərdən, məkrli əməldən hifz etsin.

Hörmətlə,

Məmmədov Qurbanzadə Şahalı oğlu

Azərbaycan Respublikası, Yardımlı rayonu, Bürzünbül kəndi.