20 sentyabr 2019, 18:00

Nazilə Yaqubovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il 17 sentyabr tarixli sərəncamınıza əsasən mən “Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm.

Siz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək elm, təhsil və mədəniyyət işçilərinə öz qayğınızı əsirgəmir, hər zaman onlara dəstək olur və diqqət göstərirsiniz. Məhz Sizin bu diqqətinizin nəticəsidir ki, mən və mənim həmkarlarım bu gün böyük ruh yüksəkliyi ilə çalışır, Sizin siyasətinizi özümüzə rəhbər tutaraq Azərbaycanın gələcək nəsillərinin mədəni-estetik tərbiyəsi üçün əlimizdən gələni edirik.

Mənə göstərdiyiniz bu etimadı doğruldaraq yetirmələrimin ölkəmizin adını daha da ucaltmaları və fəxrlə təmsil etmələri üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Hörmətlə,

Yaqubova Nazilə Mirteymur qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.