İvan Prokofyevdən, İsmayıllı, Azərbaycan

20 sentyabr 2019, 13:55

Hörmətli Mehriban xanım.

İvanovka kəndinin sakinləri Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı üçün Sizin kəndimizə gəlməyiniz xəbərini böyük sevinclə qarşılayıblar. Bizim problemlərimizə və qayğılarımıza bu qədər yüksək diqqət göstərdiyinizə görə Sizə və möhtərəm Prezidentimizə səmimi qəlbdən təşəkkür edirik.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizə firavanlıq, Vətənimizin, o cümlədən İvanovka kəndinin rifahı naminə gərgin əməyinizdə uğurlar diləyirik.

İvanovka kəndinin sakinləri adından

Dərin hörmət və ehtiramla,

Prokofyev İvan Pavloviç

Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.