20 sentyabr 2019, 13:50

Aygün Hüccətovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim həyat yoldaşım Həsənov Tərlan Yunus oğlu 22 il hərbidə xidmət etmiş, Qarabağ müharibəsinin iştirakçısı olmuş, 2001-ci ildə xəstəlikdən vəfat etmişdir. Dörd övlad böyüdüb boya-başa çatdırmışam. Qızlarımdan birinin uşaqlıqdan arzusu hərbçi olmaq, atasının peşəsini davam etdirmək idi. Mənim özüm də onun hərbçi olmasını istəyirdim. İmtahandan və hazırlıq kursundan uğurla keçən övladım bu il hərbi hissəyə işə qəbul edildi. Beləliklə, mən və qızım illərdir arzuladığımız işin həyata keçməsinə nail olduq.

Cənab Prezident, ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə Azərbaycanda bizim kimi aztəminatlı ailələrə həmişə dəstək, qayğı olub və bu gün də var. Mən öz adımdan və yaxın qohumlarım adından Sizə dərindən təşəkkür edirəm.

Hörmətlə,

Hüccətova Aygün Həsən qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.