19 sentyabr 2019, 17:00

Rəvan Səlimov və başqalarından, Ağdaş, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə görülən abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi Sizin insan amilinə yüksək qiymət verməyinizin bəhrəsidir. Apardığınız məqsədyönlü siyasətin nəticəsidir ki, Ağdaş rayonu da gündən-günə inkişaf edir, çiçəklənir, o cümlədən bizim Yuxarı Qəsil kəndi də bu inkişafdan öz payını götürür. Bildirmək istəyirik ki, kəndimizi qonşu kəndlərlə birləşdirən yeni asfalt yolun çəkilməsinə başlanılmışdır.

Bu hadisə kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Kənd yolları əvvəllər yararsız olduğu üçün rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişimiz çox çətin idi. Bu, böyük vaxt itkisinə səbəb olurdu. Maşınlarımız tez-tez sıradan çıxırdı.

Bu gün biz rahatlıqla deyə bilərik ki, artıq o günlər keçmişdə qaldı. Hazırda biz müşahidə edirik ki, çəkilməsi davam edən asfalt örtüyü yüksək keyfiyyətlidir. Bu da Sizin regionların inkişafına nə qədər önəm verdiyinizi göstərir. Allah Sizdən razı olsun. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Səlimov Rəvan Kamal oğlu,

Məmmədov Elvin Firidun oğlu,

Sabirli Sabir Faiq oğlu,

Rəhimov Vüqar Rasim oğlu,

İbrahimov Nurlan Məhəmməd oğlu və başqaları (cəmi 20 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Yuxarı Qəsil kəndi.