19 sentyabr 2019, 13:00

Sevda Qurbanova və başqalarından, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Əməkhaqlarının artırılması ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 17 saylı körpələr evi-uşaq bağçasının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Siz bu il ərzində sosial sahəyə aid çox mühüm sərəncamlar imzalamısınız. Bunun sayəsində əhalinin maddi təminatı və yaşayış səviyyəsi daha da yaxşılaşmaqdadır. Bizim də borcumuzdur ki, xalqımızın gələcəyi olan uşaqların təlim-tərbiyəsi ilə daha yaxşı məşğul olaq. Əməkhaqqımızın artırılması sözsüz ki, bizi bu işə daha da həvəsləndirir.

Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qurbanova Sevda Qüvvət qızı,

Səfərova Mənsumə Elmir qızı,

Məmmədova Arzu Rafael qızı,

Adilova Fatma İsmayıl qızı,

Nağıyeva İlahə Firudin qızı,

Allahverdiyeva Səyyar Nizami qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.