18 sentyabr 2019, 17:50

Ayaz Kərimov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf etməsi, ölkəmizin dünyada layiqli yer tutması istiqamətində apardığınız siyasət biz kənd insanlarını da qürurlandırır.

Ağdaş rayonunda aparılan sosial layihələrdən bizim Nehrəxəlil kəndinin camaatı da bəhrələnmişdir. Belə ki, uzun illər idi ki, narahat yoldan istifadə edirdik. Bu da əhalinin gediş-gəlişini çətinləşdirirdi. Sizin sərəncamınızla təsdiq edilmiş dövlət proqramına uyğun olaraq, kəndimizə gözəl, keyfiyyətli, müasir asfalt yol, təbii qaz və içməli su xətti çəkilmişdir.

Bütün bunlara görə Sizə minnətdarlıq edir, uzun ömür, cansağlığı arzulayırıq. Sizin qayğınızı həmişə hiss edir və Sizinlə qürur duyuruq.

Hörmətlə,

Kərimov Ayaz Mahir oğlu,

Sarıyev Zamin Tacir oğlu,

İsayev Sahib Xəlil oğlu,

Lələyev Məhərrəm Ramazan oğlu,

Xammədov Mais Əlirza oğlu və başqaları (cəmi 29 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Nehrəxəlil kəndi.