18 sentyabr 2019, 14:15

Sevda İbrahimovadan, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırığınıza əsasən, Beyləqan rayonu ərazisində salınmış 146 ailəlik qəsəbədə inşa edilmiş Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbi biz təhsil işçilərinə çox gözəl hədiyyədir. Bizi yeni avadanlıqlarla təchiz edilmiş məktəblə təmin etdiyiniz üçün Qaradağlı kənd tam orta məktəbinin təhsil işçiləri adından Sizə öz təşəkkürümüzü bildiririk.

Cənab Prezident, dünyada baş verən siyasi prosesləri yaxından izləyirik və fəxr edirik ki, Azərbaycan kimi qüdrətli bir dövlətdə yaşayırıq. Siz əmin-aman bir dövlət qurmusunuz.

Allah Sizi qorusun.

Qaradağlı kənd tam orta məktəbinin müəllim kollektivi adından hörmətlə,

İbrahimova Sevda Qabil qızı

Xocavənd rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Beyləqan rayonu.