16 sentyabr 2019, 13:55

Sahib Mikayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Laçın rayonundan məcburi köçkün düşmüşəm, Qarabağ müharibəsi veteranıyam, fəxri döyüşçü olmuşam. Məcburi köçkünlərin, Qarabağ qazilərinin, şəhid ailələrinin və aztəminatlı ailələrin problemlərinə dövlətimiz tərəfindən diqqət göstərilməsi bizdə hər zaman xoş əhval-ruhiyyə yaradıb. Bunların hamısı ulu öndər Heydər Əliyevin və Sizin siyasətinizin nəticəsidir.

Respublikamızın hər bir bölgəsində olduğu kimi, Səbail rayonunun Badamdar qəsəbəsində də Qarabağ şəhidlərinin abidəsi qoyulmuşdur. Bu, şəhid ailələri üçün böyük təsəllidir. Qəsəbəmizdə görülən quruculuq işlərindən, yolların, küçələrin abadlaşdırılmasından razıyıq.

Hörmətli cənab Prezident, Sizə və ailə üzvlərinizə öz dərin minnətdarlığımızı bildirir, təşəkkür edirik.

Hörmətlə,

Mikayılov Sahib Baxşalı oğlu

Qarabağ müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.