İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

14 sentyabr 2019, 13:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.

Səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd etdi. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Daynis Qarançs Azərbaycanın Latviyanın regionda strateji tərəfdaşı olduğunu dedi. O, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək inkişafını qeyd edərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini bildirdi. Daynis Qarançs iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət dövriyyəsinin artırılması üçün hökumətlərarası komissiyanın mühüm rol oynadığını söylədi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında regionlararası əlaqələrin vacibliyini qeyd edən səfir Azərbaycanın və Latviyanın 14 şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu dedi. O, mədəniyyət, elm, təhsil kimi sahələrdə də Azərbaycanla Latviya arasında səmərəli əməkdaşlığın olduğunu bildirdi.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunuldu, Aİ üzv ölkəsi kimi Latviyanın ölkəmizin bu təşkilatla əməkdaşlığının inkişafına verdiyi dəstək qeyd olundu.

SƏNƏDLƏRQanunlar21 noyabr 2019
19:50
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onl...

21 noyabr 2019, 19:50
SƏNƏDLƏRSərəncamlar21 noyabr 2019
16:10
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bu il şəhər statusu almasının 70 illiyini qeyd edən Sumqayıt ötən dövr ərzində parlaq inkişaf yolu keçərək, ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmişdir.

Azərbaycan Respub...

21 noyabr 2019, 16:10