14 sentyabr 2019, 13:15

Xaliq Xudaverdiyevdən, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda sosial-iqtisadi inkişafın və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün apardığınız islahatlar, pensiya və maaşların artırılması hər bir Azərbaycan vətəndaşında olduğu kimi bizdə də böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Sizə - dövlətimizin başçısına inamımız gündən-günə daha da artır. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz iş prinsipinizlə bir daha sübut edirsiniz. Azərbaycan xalqının yaşayış tərzi gündən-günə daha da yaxşılaşır.

Cənab Prezident, biz ailəlikcə Sizi dəstəkləyirik. Ulu Tanrıdan Sizə cansağlığı və üzərinizə götürdüyünüz bu şərəfli və məsuliyyətli işdə uğurlar arzu edirəm. Tanrı Sizə hər zaman kömək olsun.

Hörmətlə,

Xudaverdiyev Xaliq Davud oğlu

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qızıltorpaq kəndi.