13 sentyabr 2019, 17:10

Güney Şamilova və başqalarından, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Əhalinin maddi təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün imzaladığınız sərəncamlara əsasən bir sıra sahələrdə çalışan insanların əmək haqlarının sentyabrın 1-dən artırılması xalqın sevincinə səbəb olmuşdur. Biz körpələr evi-uşaq bağçasında müxtəlif işlərdə çalışırıq. Bizim də əməkhaqqımız artırılmışdır. Ailəmizin bu qayğıya çox ehtiyacı var idi.

Əziz Prezidentimiz, bunun üçün Sizə öz təşəkkürümüzü bildiririk. Biz daim Sizi dəstəkləyirik və inanırıq ki, xalqın dəstəyi ilə Siz daha böyük uğurlara imza atacaqsınız. Sizə bu yolda müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Şamilova Güney Natiq qızı,

Babayeva Kifayət Rauf qızı,

Hüseyinova Xatirə Əliisa qızı,

Rüstəmova Tünzalə Ədalət qızı, Məmmədova Tükəzban Almaz qızı və başqaları.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.