13 sentyabr 2019, 14:40

Əli Lətifov və başqalarından, Ağdaş, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz – Ağdaş rayonunun Kotanarx kənd sakinləri Sizinlə fəxr edirik. Ölkəmizdə görülən quruculuq işləri bizim də ürəyimizcədir. Uzun illər idi ki, kəndimizin yolu çox narahat idi. Rayon mərkəzinə gedib-geləndə saatlarla vaxtımız gedirdi. Xəstəmiz olanda, hər hansı bir hadisə baş verəndə lazımi maşınlar gec gəlib çatırdılar. Sizin tapşırığınıza əsasən kəndimizin həm daxili, həm də onu qonşu Cardam, Tofiqi, Nehrəxəlil kəndləri ilə birləşdirən yollara çox yüksək səviyyədə asfalt örtüyü çəkilmişdir. Bu iş yerli sakinlərin Sizə olan sevgisini birə-beş artırmışdır.

Odur ki, kəndimizdə, eləcə də rayonumuzda və bölgələrdə görülən işlərə görə Sizə “çox sağ olun!” deyirik. Allah köməyiniz olsun.

Hörmətlə,

Lətifov Əli Qarakişi oğlu,

Cəfərov Nəsimi Əziz oğlu, Məmmədova Kəbirə Yaqub qızı, Əliyeva Roza Rza qızı,

Qəhrəmanova Surayyə Paşa qızı və başqaları (cəmi 29 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Kotanarx kəndi.