12 sentyabr 2019, 17:10

Züleyxa Nəsirovadan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağsu rayonunda zəlzələ ilə əlaqədar zərər çəkmiş fərdi yaşayış evlərinin təmir-bərpası barədə verdiyiniz göstərişə uyğun olaraq, bizim də evdə təmir işləri görülüb.

Çətinliklə üzləşən insanlara əl uzadılması, kömək göstərilməsi həmişə savab iş sayılıb. Biz bunu öz dövlət başçımızdan – Sizdən hər zaman görmüşük və görürük. Ona görə də xalqımız haqlı olaraq Sizi özünə ümid yeri, pənah ünvanı bilir.

Cənab Prezident, göstərilən diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi heç vaxt darda qoymasın.

Hörmətlə,

Nəsirova Züleyxa Əli qızı.

Azərbaycan Respublikası, Ağsu rayonu.