Şeyxülislam Allahşükür Paşazadədən

12 sentyabr 2019, 16:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına – “Heydər Əliyev” ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-aliləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alicənablığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-alilərinizin ölkəmizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.

Zati-aliləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din–dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Zati-alilərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-alilərinizin tarixi qərarı beynəlxalq ictimaiyyət, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-alilərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.

Zat-aliləri! Məni Azərbaycan dövlətinin ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxarət, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımın ən uca zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qardaşımın adını əbədiləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalar kəsb etdiyini sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-alilərinizin əməllərində ulu öndər Heydər Əliyevin uca mənəviyyat yolunun davamını görməkdən şərəf duyuruq.

Möhtərəm cənab Prezident! Doğum günümdə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərlə fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Təaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.

Zati-aliləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yaradanın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamankı kimi iftixar duyacağıq. Uca Allah daima yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam

Allahşükür Paşazadə

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35