11 sentyabr 2019, 12:30

Oqtay Süleymanlı və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz - İsmayıllıda fəaliyyət göstərən özəl sektorun nümayəndələri, kiçik və orta sahibkarlar dərin minnətdarlıq hissi ilə qeyd edirik ki, sahibkarlığın inkişafı, sahibkarların hərtərəfli müdafiəsi üçün yaratdığınız şərait bizi ürəkdən məmnun edir. Fəaliyyətimiz gündən-günə genişlənir, gəlirimiz artır.

Əməkhaqlarının və minimum əməkhaqqının artırılması barədə verdiyiniz sərəncamlar bilavasitə bizim də xeyrimizədir. Yaxşı başa düşürük ki, bugünkü sosial həyatımızın zənginləşməsi, yeni-yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması yalnız Sizin xalqa göstərdiyiniz tükənməz qayğı və diqqətin nəticəsidir.

Sahibkarlığın inkişafı və işsizliyin aradan qaldırılması üçün yaratdığınız şəraitin nəticəsi olaraq, rayonumuzda yeni istifadəyə verilən iri ticarət mərkəzi bizi ürəkdən sevindirir. Burada 400 nəfər rayon sakini özünə iş yeri tapıb. Qiymətlər də insanlar üçün çox münasibdir.

Möhtərəm cənab Prezident, bizə bəxş etdiyiniz təminatlı həyata, fəaliyyətimiz üçün yaratdığınız şəraitə, sahibkarlığın inkişafını dəstəklədiyinizə görə Sizə hədsiz minnətdarlığımızı bildirir, xalqımızı qələbələrə aparan siyasətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı diləyirik. Tanrı Sizi və Azərbaycanımızı qorusun.

İsmayıllı sahibkarları adından dərin hörmət və ehtiramla,

Oqtay Süleymanlı,

Elşən Ağayev,

Famil Bağıyev,

Faiq Mikayılov,

Teymur Əzizov və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.