Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayevadan

27 avqust 2019, 12:05

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb.

Qazaxıstanda Sizi xeyirxah qardaşlıq və mənəvi birlik ənənələrinə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır və hörmət edirlər.

Bizim aramızda formalaşmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimizin konstruktiv əməkdaşlığı Sizin köməyinizlə qardaş xalqlarımızın tərəqqisi naminə bundan sonra da məhsuldar inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Dariqa Nazarbayeva

Qazaxıstan Respublikası Parlamenti Senatının sədri

Nur-Sultan şəhəri, 26 avqust 2019-cu il

SƏNƏDLƏRSərəncamlar17 sentyabr 2019
18:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Dadaşova Natalya Konstantinovna

17 sentyabr 2019, 18:02
SƏNƏDLƏRSərəncamlar17 sentyabr 2019
18:00
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq q...

17 sentyabr 2019, 18:00
SƏNƏDLƏRSərəncamlar17 sentyabr 2019
17:55
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezi...

17 sentyabr 2019, 17:55