20 avqust 2019, 17:00

Telman Ağayevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin məqsədyönlü və müdrik iqtisadi siyasətinizin nəticəsi olaraq Vətənimiz gündən-günə inkişaf edir.

Lerikə və onun əhalisinə göstərdiyiniz qayğı sayəsində rayonun Lüləkəran kəndinə müasir standartlara uyğun 3 kilometrlik asfalt yol çəkilib. Bu yol kəndimizin sosial-iqtisadi inkişafı, gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Hər kəs bunu çox yüksək qiymətləndirir.

Əziz Prezidentimiz, buna görə kəndimizin minə yaxın sakini adından Sizə dərin təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman açıq olsun.

Hörmətlə,

Ağayev Telman Qafur oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Lüləkəran kəndi.