20 avqust 2019, 16:00

Əlimusa Heybətovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda sosial-iqtisadi vəziyyətin ildən-ilə yaxşılaşması, iqtisadiyyatın yüksək templə inkişaf etməsi, əhalinin sosial rifahının yüksəlməsi, gənclərin iş yerləri ilə təmin olunması, quruculuq və abadlıq işlərinin aparılması hamımızı sevindirir.

Qurban bayramı ərəfəsində ailəmizin bayramına daha biri əlavə olundu. Belə ki, oğlumun işə götürülməsi barədə sevindirici xəbər aldıq. Oğlumun 2 azyaşlı övladının olduğunu nəzərə alsaq, onun işlə təmin edilməsi çox vacib idi və Allaha şükür olsun ki, o, bu arzusuna çatdı.

Hörmətli cənab Prezident, ölkə vətəndaşlarının qayğısına qaldığınıza və onlar üçün geniş imkanlar yaratdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heybətov Əlimusa Əlisa oğlu, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.