20 avqust 2019, 13:00

Qabil Əhmədovdan, Neftçala, Azərbaycan

Möhtərəm Prezident cənab İlham Əliyev.

Sakini olduğumuz Neftçala rayonu Xıllı qəsəbəsində fəaliyyət göstərən 1 saylı tam orta məktəbin təmirə ehtiyacı var idi. Bu məsələ qəsəbə əhalisini narahat edirdi. Bir ay olar ki, həmin orta məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Əhalinin sevincinin həddi-hüdudu yoxdur.

Cənab Prezident, Sizin göstərişinizlə məktəbin təmir olunması bizim üçün böyük hədiyyədir. Buna görə qəsəbə ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Bütün xalqımız kimi, Xıllı qəsəbəsinin sakinləri də Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizə “Çox sağ olun!” deyirlər.

Hörmətlə,

Əhmədov Qabil Sabir oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu, Xıllı qəsəbəsi.