19 avqust 2019, 16:30

Mahir Tarverdiyev və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycanda dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurulub. Siyasi və sosial sabitliyin təmin olunması, ölkəmizin iqtisadi baxımdan davamlı inkişafı hamımızda qurur hissi yaradır. Əhalinin sosial rifah halı ardıcıl surətdə yüksəlir. Yorulmaz fəaliyyətinizin nəticəsidir ki, Azərbaycanın reallaşdırdığı layihələr bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

Ölkəmizdə həyata keçirilən islahatlar Cəlilabad rayonunun da sosial-iqtisadi inkişafı üçün geniş imkanlar açıb. Sizin diqqət və qayğınız sayəsində rayonumuz inkişafının ən gözəl dövrünü yaşayır. Aparılan tikinti, abadlıq-quruculuq işləri, magistral və kənd yollarının asfaltlanması hər bir rayon sakininin ürəyini fərəh hissi ilə doldurur. Rahat yolu, daimi işığı və qazı olan rayon əhalisi indi firavanlıq içində yaşayır.

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin başa çatması əhali tərəfindən hədsiz sevinc və razılıq hissi ilə qarşılandı. Tozlu kənd yolları yerini müasir, rahat şoselərə verib.

Əziz Prezidentimiz, rayonumuza göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür arzu edirik.

Təklə, Abazallı, Babalı kəndlərinin sakinləri adından hörmətlə,

Tarverdiyev Mahir

Əliyev Rafiq

Mahmudov Əzizağa

Əhədov Asif

İmanov Rauf və başqaları (cəmi: 11 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad rayonu.