19 avqust 2019, 16:00

Hüseyn Vəliyevdən, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, müstəqil Azərbaycanımızın inkişafı üçün çox uğurlu işlərə imza atırsınız. Görülən işlər göz qabağındadır. Elə təkcə bu il həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində atılmış ciddi addımlar, verilmiş sərəncamlar buna ən gözəl və parlaq sübutdur.

Bir sıra kateqoriyalardan olan insanlarla yanaşı, əmək veteranlarının da qaldırdıqları məsələlər öz həllini tapır. Bizim sağlamlığımıza da xüsusi diqqət göstərilir. Ötən il səhhətimdə yaranmış problem uğurlu müalicə sayəsində tədricən aradan qaldırılmaqdadır.

Əziz Prezidentimiz, bütün bunlara görə şəxsən öz adımdan və rayon veteranlar təşkilatının üzvləri adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Vəliyev Hüseyn Əbülfəz oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu.