19 avqust 2019, 12:00

Tahir Niftəliyevdən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin təşəbbüsünüzlə yaradılmış Pirallahı rayonu sayənizdə gündən-günə gözəlləşir və inkişaf edir. Rayonumuza səfəriniz zamanı sakinlərlə görüşünüzdə dediyiniz kimi, Pirallahı Bakının ən gözəl rayonlarından birinə çevrilmişdir. Burada istehsal müəssisələri, yaşayış binaları tikilir, yaşıllıqlar və parklar salınır.

Göstərdiyiniz bu diqqət və qayğıya görə rayon sakinləri adından Sizə və ailənizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi və inkişafı naminə işlərinizdə uğurlar arzulayırıq.

Bizə xoş günlər qismət edən insana – Sizə daim firavan və xoşbəxt həyat arzulayırıq.

Hörmətlə,

Niftəliyev Tahir Kərim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.