17 avqust 2019, 18:00

Solmaz Ələsgərovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Mən bir şəhid anası kimi şəhid ailələrinə şamil edilən güzəşt və imtiyazlara, bizim mənzil-məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən işlərə görə Sizə minnətdaram.

Çətinliklə qarşılaşdıqda hər zaman ümid yerimiz Siz olmusunuz. Allaha şükürlər olsun ki, bizdən köməyinizi heç vaxt əsirgəməmisiniz.

Cənab Prezident, Sizin gördüyünüz məqsədyönlü işlər təkcə biz şəhid ailələrinin deyil, ümumilikdə xalqımızın bir çox problemlərinin, çətinliklərinin aradan qalxmasına səbəb olub. Şəhid ailələri adından bir daha Sizə təşəkkürümü bildirirəm. Allah köməyiniz olsun.

Hörmətlə,

Ələsgərova Solmaz Səlman qızı, şəhid anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.