17 avqust 2019, 13:30

Sahir Qurbanovdan, Goranboy, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin göstərilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər biz kənd sakinlərinin ürəyincədir.

Bu günlərdə Sizin tapşırıq və göstərişinizə uyğun olaraq rayonumuzda 55 ədəd subartezian quyusunun qazılması üçün ərazilər müəyyən edildi. Bu, suvarma suyu məhdud olan rayonumuz üçün çox mühüm hadisədir. Həmin quyulardan biri bizim təsərrüfat üçün nəzərdə tutulub. Bununla da bizim suvarma suyu ilə bağlı uzun illər üzləşdiyimiz problemə son qoyulur.

Cənab Prezident, buna görə fermer təsərrüfatımın bütün üzvləri adından Sizə minnətdarlığımızı bildirirəm. Allah Sizi və ailə üzvlərinizi daim uca etsin.

Hörmətlə,

Qurbanov Sahir Süleyman oğlu, fermer.

Azərbaycan Respublikası, Goranboy rayonu, Fəxralı kəndi.