17 avqust 2019, 13:00

Nəcəf Xəlilovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf edir. Ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da abadlıq-quruculuq işləri aparılır. İmzaladığınız fərman və sərəncamlar xalqın güzəranını yaxşılaşdırır, insanların sosial problemləri öz həllini tapır və kəndlərimiz gündən-günə inkişaf edir.

Rayonumuzda yollar işıqlandırılıb, yeni ağaclar əkilib, böyük yaşıllaşdırma işləri aparılıb. Viləş çayının Masallı şəhərindən keçən hissəsində gözəl bulvar salınmaqdadır. Kəndlilərə öz məhsullarını qısa zamanda şəhərə çatdırmaq imkanı verən gözəl yollar inşa edilib. Bütün bunlar bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, doğma Azərbaycanımızın, o cümlədən Masallının sürətli inkişafına, tərəqqisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, Vətənimizin daha böyük uğurları naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı arzulayıram. Xalqın qayğısına qaldığınıza, kəndlərimizi inkişaf etdirdiyinizə görə hamılıqla Sizə “Çox sağ olun!” deyirik. Var olun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

Xəlilov Nəcəf Xəlil oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.