15 avqust 2019, 11:30

Həşim Həsənov və başqalarından, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Sizin respublikada apardığınız abadlıq və quruculuq işlərinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinizə görə Zati-alinizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətli cənab Prezident, Sizin Sərəncamınıza əsasən yenidən qurulan Qorağan-Qax-İlisu yolu kəndimizin sakinlərinin rayon mərkəzinə və digər qonşu kəndlərə gediş-gəlişini asanlaşdırmaqla bərabər, qədim İlisuda turizmin inkişafını da sürətləndirəcəkdir. Bu da öz növbəsində əhalimizin maddi-rifah halının yaxşılaşmasına səbəb olacaqdır.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və dövlətimizin iqtisadi cəhətdən möhkəmlənməsi, xalqımızın rifahının yaxşılaşması istiqamətində apardığınız işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov Həşim Əfsələddi oğlu

Xəlilov Elman Əsədullah oğlu

Həsilov Abdulla Hasil oğlu

Rəhimov Cərullah Məmmədtahir oğlu

Məmmədov Nürəddin Cəlal oğlu

Əlimov Əhməd Mütəllib oğlu.

Azərbaycan Respublikası, Qax rayonu, İlisu kəndi.