14 avqust 2019, 18:15

Hacı İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunması barədə imzaladığınız Sərəncam teatr ictimaiyyətini, o cümlədən Akademik Milli Dram Teatrının kollektivini son dərəcə sevindirdi.

Bu Sərəncam Sizin Azərbaycan mədəniyyətinə, o cümlədən teatrımıza verdiyiniz böyük dəyərin bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirdiyinizə və milli mədəniyyətimizə, onun ayrılmaz qolu olan teatr sənətimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İnanıram ki, Akademik Milli Dram Teatrının 100 illiyinin qeyd olunması möhtəşəm bir bayram, unudulmaz bir hadisə olacaq.

Dərin ehtiramla,

İsmayılov Hacı Məcid oğlu, Xalq artisti, Dövlət mükafatı laureatı, Şöhrət ordenli, Prezident təqaüdçüsü

Azərbaycan Respublikası, Bakı şəhəri.