14 avqust 2019, 18:00

Əlizamin Əzizov və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ümummilli lider Heydər Əliyev tərəfindən düşünülmüş sabit və ardıcıl yüksəliş strategiyasının bugünkü həyatımızda real nəticələrini görürük. Sizin rəhbərliyinizlə dövlətçiliyimizin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafa yönələn dövlət proqramları uğurla icra olunur. Xalqımızın rifahı günü-gündən yüksəlir, əmək haqları, müavinətlər və pensiyalar artırılır. Elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə və idmanın tərəqqisi üçün zəruri tədbirlər görülür.

Sizin qayğınızın nəticəsində ölkəmizin digər regionlari kimi Cəlilabad rayonu da inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. 36 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin başa çatdırılması əhalini uzun müddətdən bəri narahat edən problemi aradan qaldırdı, nəqliyyat vasitələrinin gediş-gəlişi asanlaşdı.

Uca Allahdan Zati-alinizə uzun ömür, möhkəm cansağlığı və doğma Azərbaycanımızın daha da inkişafı naminə yeni uğurlar arzulayırıq.

Məşədivəlli və Əliabad kəndlərinin sakinləri adından hörmətlə,

Əzizov Əlizamin Qoca oğlu,

Məmmədov Vidadi Ramazan oğlu,

Bədirov Salamat Alxan oğlu,

Məmmədov Əlisəfa Ramazan oğlu və başqaları (cəmi 25 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad rayonu.