14 avqust 2019, 17:45

Ağasəlim Hüseynovdan, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin məqsədyönlü, uzaqgörən daxili və xarici siyasətinizin nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Yorulmaz fəaliyyətiniz nəticəsində ölkəmiz dünya miqyasında tanınır, dövlətimizin maraqları nəzərə alınır.

Cənab Prezident, Siz xalqın sonsuz sevgisini qazanmısınız. Həqiqətən də, özünüzün qeyd etdiyiniz kimi, hər bir ölkə vətəndaşının Prezidentisiniz.

Son vaxtlar rayonumuzda abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Siyəzən şəhəri ərazisində olan parklar əsaslı şəkildə yenidən qurulmuş, yollara asfalt döşənmiş, sakinlərin istirahəti üçün şərait yaradılmışdır.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq. Rayon sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, Azərbaycanımızın parlaq gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Dərin hörmətlə,

Hüseynov Ağasəlim Əlqardaş oğlu

Azərbaycan Respublikası, Siyəzən rayonu.