14 avqust 2019, 17:35

Sahil Əsgərovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan dünya miqyasında güclü və qüdrətli bir dövlətə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair imzaladığınız dövlət proqramları əsasında respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da təhsil, elm, mədəniyyət, səhiyyə, sosial sahələr və sahibkarlıq fəaliyyəti davamlı olaraq inkişaf edir.

Mən Salyan rayonunda fəaliyyət göstərən sahibkarlar adından bildirirəm ki, Sizin bizə göstərdiyiniz diqqət və qayğı fəaliyyətimizi genişləndirməyə imkan verir, yeni uğurlara ruhlandırır.

Cənab Prezident, Salyan rayonuna göstərdiyiniz yüksək qayğı və diqqət bütün rayon sakinlərini sevindirir. Bütün bunlara görə bir sahibkar olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Əsgərov Sahil Əsgərağa oğlu

Azərbaycan Respublikası, Salyan rayonu.