14 avqust 2019, 16:00

Ədibə Mustafayevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülür. Bizim rayonumuzda da yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.

Zolgəran kənd ümumi orta məktəbi əvvəllər qəzalı vəziyyətdə olan köhnə, darısqal otaqlarda yerləşirdi. İndi bizim üçün modul tipli məktəb quraşdırılıb, geniş, yaraşıqlı sinif otaqları göz oxşayir. Həmçinin məktəbimiz qazlaşdırılıb. Geniş və rahat otaqlar, məktəbdə yaradılan şərait tədrisin və təlim-tərbiyənin səviyyəsinin yüksəlməsinə də təsir edəcək.

Möhtərəm Prezident, biz təhsil işçilərinə, övladlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Tərtərlilər həmişə Sizinlədir. Tanrı Sizi qorusun.

Hörmətlə,

Mustafayeva Ədibə

Azərbaycan Respublikası, Tərtər rayonu, Zolgəran kəndi.