İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23 iyul 2019, 11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Antonio Dimate Kardenas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu baxımdan ticarət, qarşılıqlı investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud olduğunu dedi. Prezident İlham Əliyev Luis Antonio Dimate Kardenasın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Luis Antonio Dimate Kardenas, ilk növbədə, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq bununla bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar09 dekabr 2019
16:00
“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi ...

09 dekabr 2019, 16:00