19 iyul 2019, 10:00

Gülçəmən Həsənova və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikanın bütün bölgələrində aparılan abadlıq-quruculuq işləri hər yerdə olduğu kimi Cəlilabad rayonunda da xalqın rahatlığına xidmət edir. Sizin tərəfinizdən verilən tapşırıqların, sərəncamların icrası nəticəsində rayonumuz inkişaf edir və çiçəklənir.

Qısa müddət ərzində yaşadığımız Cavadxan küçəsinə qaz xətti çəkilməsi bizi çox sevindirdi və gündəlik işlərimizi xeyli yüngülləşdirdi.

Vətəndaşların sosial rifahını düşündüyünüzə, bizim yaşayışımızın yaxşılaşdırılması üçün atdığınız addımlara görə çox sağ olun.

Möhtərəm cənab Prezident.

Biz həmişə Sizin apardığınız uğurlu siyasəti hər bir Azərbaycan vətəndaşı kimi dəstəkləyirik və Sizə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Həsənova Gülçəmən Qardaşəli qızı

Nəzərov Ağakərim Əşrəf oğlu

Ağayev Xosrov Allahverdi oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.