18 iyul 2019, 14:55

Fətəli Əliyev və Məxmirə Əliyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf strategiyası və konsepsiyası Sizin sayənizdə müvəffəqiyyətlə davam etdirilir. Təməli Ulu Öndər tərəfindən qoyulan siyasət hazırkı inkişafımızın əsasını təşkil edir. Ölkəmizin siması günbəgün gözəlləşir, abadlıq-quruculuq işləri bütün bölgələrdə davam etdirilir. Bu işlərin hamısı Sizin sayənizdə həyata keçirilir.

Son zamanlar imzaladığınız fərman və sərəncamlar xalqımız tərəfindən çox böyük sevinc və fərəhlə qarşılanır. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz bütün illər ərzində öz diqqət və qayğınızı heç zaman xalqdan əsirgəməmisiniz. Hər zaman insanların sosial rifahının yüksəldilməsi üçün çalışmağınız onu göstərir ki, ölkə Prezidenti daim xalqın yanındadır.

Bu şərəfli yolda Sizə bol-bol uğurlar arzulayırıq. Sizi əmin edirik ki, Azərbaycan vətəndaşı kimi ölkəmizin inkişafı və qüdrətli dövlətə çevrilməsi yolunda atdığınız addımlarda, gördüyünüz işlərdə daim Sizin yanınızda olacağıq.

Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Sizi hər zaman dəstəkləyirik və bütün işlərinizdə uğurlar diləyirik. Allah hər zaman Sizi və ailənizi qorusun. Amin.

Hörmətlə,

Əliyev Fətəli Elman oğlu,

Əliyeva Məxmirə Nəzir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.