16 iyul 2019, 18:00

Raisa Jukovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Məhkəmə-hüquq sahəsində aparılmaqda olan islahatlar cəmiyyətdə qanunun müqəddəsliyinin və aliliyinin qorumasına böyük dəstəkdir. Biz sıravi vətəndaşlar bu islahatlardan bəhrələnir və nəticələrə görə Sizə minnətdarlıq bildiririk.

Mülki məsələ ilə bağlı məhkəmədə qaldırdığım iddiaya ədalətli baxılması, qəbul edilmiş qətnamənin icrası zamanı mənə göstərilən diqqət və qayğı doğma respublikamızda məhkəmə-hüquq sisteminin etibarlı əllərdə olduğunu göstərir.

Cənab Prezident.

Ölkə başçısı kimi bütün sahələrə diqqət və qayğınız, siyasi fəaliyyətinizdəki uğurlar, aparılan iqtisadi reformalar, xalqın sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində atılan addımlar hər bir vətəndaş kimi məni - 85 yaşlı əmək veteranını da çox sevindirir.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının bütün problemləri uğurla həll ediləcək, ölkəmizin adı daim dünyanın ən güclü dövlətləri ilə yanaşı çəkiləcək.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək onun yaratdığı dövlətçilik ənənələrini daha da inkişaf etdirirsiniz.

Bütün sahələrdə fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımı bildirir və uğurlar arzulayıram.

Dərin hörmətlə,

Jukova Raisa

Azərbaycan Respublikası, Bakı şəhəri.