15 iyul 2019, 15:00

Ədalət Sədiyeva və başqalarından, Şəki, Azərbaycan

Əziz və möhtərəm cənab Prezident.

Milli-mənəvi dəyərlərimizə göstərdiyiniz qayğı, bu yolda atdığınız hər addım öz layiqli bəhrəsini verməkdədir. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması şanlı tariximizə, kökü qədim əsrlərə dayanan mədəniyyətimizə Sizin verdiyiniz ən böyük töhfələrdən biridir. Bu tarixi hadisə bütün xalqımızı, xüsusilə də şəkililəri hədsiz sevindirdi.

Cənab Prezident, bu münasibətlə bütün şəkililər adından Sizi və xalqımızı təbrik edirik. Dünyada hökm sürən çətin siyasi şəraitdə, böhranlı bir zamanda mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq.

Hörmətlə,

Sədiyeva Ədalət

Abdullayeva Gülarə

Hüseynov Əhliyar.

Azərbaycan Respublikası, Şəki şəhəri.