15 iyul 2019, 14:50

Mərahim Fərzəlibəyovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaradıcılığımı yüksək qiymətləndirərək 70 illik yubileyimlə əlaqədar məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Siz daim milli teatr sənətinə yüksək qiymət verir, biz sənət adamlarının əməyini dəyərləndirirsiniz. Mən “Şöhrət” ordenini tək özümə yox, milli teatr sənətinə verilən yüksək qiymət hesab edirəm. Sizi əmin edirəm ki, bundan sonra da bu sənətin inkişafı üçün var qüvvəmi əsirgəməyəcəyəm.

Hörmətlə,

Mərahim Fərzəlibəyov, Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.