13 iyul 2019, 13:25

Tərlan Ağayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndərimiz Heydər Əliyev kimi, Siz də məcburi köçkünlərə böyük qayğı ilə yanaşırsınız. Bu qayğının nəticəsi olaraq, mənim ailəm Pirallahı rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində mənzillə təmin olundu. Burada yaradılan şərait ürəyimizcədir.

Cənab Prezident, Sizə ailəm adından minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi və dövlətimizi daim var eləsin!

Hörmətlə,

Ağayeva Tərlan Namiq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.