Albaniya Respublikasının Prezidenti İlir Metadan

12 iyul 2019, 19:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Mart ayında Bakı şəhərində Sizinlə görüşümüzü, eləcə də Sizin dost və səmimi qonaqpərvərliyinizi məmnuniyyətlə xatırlayıram. Zati-aliləri, icazə verin, Albaniya ilə Azərbaycan arasında mövcud olan çox gözəl dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərimi davam etdirəcəyimi Sizə bir daha bildirim.

Eyni zamanda, Albaniyanı enerji dəhlizlərinin mühüm şəbəkəsinə çevirən TAP və İAP boru kəmərləri layihələrinə göstərdiyi dəstəyə görə Azərbaycana xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu layihələrin uğurlu icrasının ölkələrimiz arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Sizin üçün münasib olan vaxtda Zati-alinizlə Tirana şəhərində görüşmək arzusu ilə,

İlir Meta

Albaniya Respublikasının Prezidenti

SƏNƏDLƏRFərmanlar12 iyul 2019
20:15
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini t...

12 iyul 2019, 20:15
SƏNƏDLƏRSərəncamlar11 iyul 2019
18:00
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barə...

11 iyul 2019, 18:00