12 iyul 2019, 16:35

Yusif Şükürlü və başqalarından, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqının milli mədəniyyətinin, tarixi irsinin qorunub saxlanılmasında və təbliğ olunmasında Sizin çox böyük xidmətləriniz vardır.

Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsini böyük sevinclə qarşıladıq. Bu tarixi hadisə təkcə Şəki üçün deyil, bütövlükdə Azərbaycan və onun mədəniyyəti üçün böyük uğur və qələbədir.

Cənab Prezident, bu istiqamətdə gördüyünüz işləri və Azərbaycanın gələcəyi üçün sərf etdiyiniz əməyinizi yüksək qiymətləndiririk. Sizə səmimi qəlbdən təşəkkür edir, minnətdarlığımızı bildirir və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Şükürlü Yusif

İbrahimova Filyar

İbrahimxəlilov Qorxmaz

Abdullayeva İradə.

Azərbaycan Respublikası, Şəki şəhəri.