12 iyul 2019, 12:40

Tamara Salmanova və Kəmalə Hüseynovadan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident.

Fərman Qurban oğlu Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığınız Sərəncam Salmanovlar ailəsinə çox böyük sevinc və qürur bəxş etdi.

Buna görə Salmanovlar ailəsi adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət, Fərman Salmanov kimi fitri istedad yetişdirən Azərbaycan xalqı var olsun!

Möhtərəm cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə və birinci xanım Mehriban Əliyevaya, ailənizin hər bir üzvünə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər və uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Dərin ehtiram və səmimiyyətlə,

Salmanova Tamara Vasilyevna, həyat yoldaşı

Hüseynova Kəmalə Telman qızı, bacısı qızı.

Azərbaycan Respublikası, Şəmkir rayonu.