10 iyul 2019, 17:40

Nüsrət Nəsirovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu ilin fevralında İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində ailəmizə dəymiş ziyanın aradan qaldırılmasına, bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm.

Zəlzələdən ziyan çəkmiş bir çox ailələr kimi, bizim ailə üçün də yeni ev tikildi. Bu, çox humanist və savab işdir. Bunu təqdir etmək, qiymətləndirmək bizim borcumuzdur.

Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə Sizə bir daha təşəkkürümüzü bildirirəm. Allah Sizi və ailənizi pənahında saxlasın.

Hörmətlə,

Nəsirov Nüsrət İsmi oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.