10 iyul 2019, 17:35

Məmmədnuru Əzizovdan, Şəki, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasına göstərdiyiniz səylərə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Şəkiyə və şəkililərə göstərdiyiniz diqqəti, qayğını yüksək dəyərləndiririk. Bir Şəki sakini və 2-ci qrup Qarabağ müharibəsi əlili olaraq bu tarixi hadisədən qürur hissi keçirirəm. Ölkəmizin daha da inkişafı, xalqımızın firavan yaşayışı, mədəniyyət nümunələrimizin bütün dünyaya nümayiş olunması istiqamətindəki səylərinizi alqışlayır, Sizə cansağlığı, uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Əzizov Məmmədnuru, 2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Şəki şəhəri.