10 iyul 2019, 13:55

Ruhangiz Abdullayevadan, Şəki, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Sizin bütün fəaliyyətiniz xalq tərəfindən həmişə bəyənilir və dəstəklənir. Beynəlxalq vəziyyətin bu qədər mürəkkəb olduğu bir zamanda Siz daim ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalır, heç nəyi diqqətdən kənarda qoymursunuz. Məhz Sizin səyləriniz nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılıq sənətləri, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, indi isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Əziz Prezidentimiz, biz Sizə çox minnətdarıq. Sizə cansağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Abdullayeva Ruhangiz İsa qızı, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Şəki şəhəri.