09 iyul 2019, 17:00

Təşkilat Nuriyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin fevral ayında Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələdən ziyan çəkən ailələrdən biri də bizim ailə olmuşdur. Həmin vaxt Sizin zəlzələ baş verən rayonlara səfər etməyiniz, məsələ ilə yerində maraqlanmağınız və dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tapşırıqlar verməyiniz bizi çox sevindirdi. Siz növbəti dəfə xalqın dərdinə şərik çıxaraq, hər zaman onunla birlikdə olduğunuzu göstərdiniz.

Zəlzələdən ötən müddət ərzində neçə-neçə ev təmir-bərpa olunmuş və ya sökülərək yerində yeni evlər tikilmişdir. Bizim ailə də müvəqqəti çətinlikdən xilas olmuşdur.

Əziz Prezidentimiz, ailəmiz üçün tikilən yaşayış evinə, göstərilən diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Nuriyev Təşkilat Hacıqara oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.