09 iyul 2019, 14:45

Ramilə Əhmədova və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı Sərəncamınız müəllim adına verdiyiniz dəyərin bariz nümunəsidir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz bütün bu illər ərzində Siz heç bir sahədən, o cümlədən təhsil sektorundan öz diqqət və qayğınızı heç zaman əsirgəməmisiniz. Hər zaman insanların sosial rifahının yüksəldilməsi üçün çalışmağınız onu göstərir ki, ölkə Prezidenti daim xalqın yanındadır.

Təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşdığınıza, müəllimlərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq addımlarınıza görə məktəbimizin pedaqoji kollektivi adından Sizə minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, müəllim adını həmişə qürurla daşıyacaq, onun nüfuzunu hər şeydən üstün tutacağıq. Bu şərəfli yolda Sizə bol-bol uğurlar arzulayırıq. Hər bir Azərbaycan müəllimi ölkəmizin inkişafı və qüdrətli dövlətə çevrilməsi yolunda atdığınız addımlarda, gördüyünüz işlərdə daim Sizin yanınızda olacaqdır.

Dərin hörmətlə,

Əhmədova Ramilə Ramiz qızı

Məmmədova Gülnarə Vəkil qızı

Hacıyeva Afaq Tofiq qızı, 211 nömrəli tam orta məktəbin müəllimləri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.